1. ÜMUMİ MÜDDƏALAR
Əgər əlavə olaraq başqa hal nəzərdə tutulmayıbsa, zəmanət xidməti SakuraZ-ın ticarət şöbələri (SakuraZ-ın onlayn mağazası və ya fiziki mağazası (bundan sonra birlikdə “SakuraZ mağazası” adlanacaq) vasitəsilə birbaşa alıcıya təqdim edilən mallara şamil edilir.
Elektrik nəqliyyatın (samokatların, bordların, EZRaiderlərin və s.) identifikasiyası markalanma (malın identifikatoru) üzrə həyata keçirilir. Markalanma belə bir malın ayrılmaz tərkib hissəsi sayılır və zəmanət iddiasının legitimliyini təsdiq edir.
Digər növ malların (məsələn, aksessuarların, kaskaların, çantaların və s.) identifikasiyası SakuraZ mağazasında alış-verişi təsdiq edən müvafiq çeklərin köməyi ilə həyata keçirilir.
Zəmanət xidməti zəmanət müddəti ərzində malın sahibi tərəfindən bəyan edilən komponentlərin və/və ya bütöv malın qüsurlarına şamil edilir.
Zəmanət xidməti SakuraZ Servis Mərkəzi tərəfindən həyata keçirilir.
İstifadəyə başlamazdan əvvəl malın “İstismar və xidmət üzrə təlimat”ı ilə yaxından tanış olun və bütün qeyd olunan tələblərə diqqətlə əməl edin.
2. ZƏMANƏTİN BAŞLANMASI VƏ ZƏMANƏTİ TƏSDİQ EDƏN SƏNƏDLƏR
2.1. Zəmanət müddətinin hesablanması
Zəmanət müddəti SakuraZ tərəfindən malın qeydiyyata alınan və zəmanət talonunda müvafiq qeydlə təsdiqlənən alış tarixdən (fiziki mağazadan alış tarixi və ya saytda edilən sifariş tarixi) hesablanır.
2.2. Zəmanəti təsdiq edən sənədlər
Zəmanət müddəti ərzində zəmanət xidməti əldə etmək üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
3. ZƏMANƏT HALININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Elektrik nəqliyyatı üçün:
Zəmanət iddiasının legitimliyi malların identifikatorunu Zəmanət talonunda göstərilmiş identifikatorla müqayisə etməyə və zəmanət müddətinin təsirini və qarantiya müddəti ərzində qüsurların aradan qaldırılması şərtlərini müəyyən etməyə imkan verən malın markalanması üzrə müəyyən edilir. Zəmanət təmirindən (dəyişdirilməsindən) malın identifikatoru olmadıqda və ya onu oxumaq mümkün olmadıqda (zədələndikdə, rəngləndikdə); mallar üçün Zəmanət talonu olmadıqda və ya düzgün (qaydasnda) doldurulmadıqda; malların qanuni olaraq əldə edilməsi təsdiq edilmədikdə imtina edilə bilər.
Elektrik nəqliyyatının istismarının zəmanət müddəti 12 aydır.
Zəmanət müddəti ərzində istehsalçının təqsiri üzündən sıradan çıxmış elektrik nəqliyyatın diaqnostikası və pulsuz təmiri həyata keçirilir. Elektrik nəqliyyat yalnız təmiz və tam komplektli halda zəmanət təmirinə qəbul edilir.
Aşağıda qeyd olunanlar istisna olmaqla, zəmanətli malın komponentlərindən hər hansı birinin qüsuru (iş qabiliyyətini itirməsi) zəmanət halı sayılır.
Zəmanət aşağıdakılara tətbiq olunmur:
Digər mallar üçün:
Zəmanət iddiasının legitimliyi zəmanət müddəti şərtlərini müəyyənləşdirməyə və zəmanət müddəti ərzində qüsurların aradan qaldırılmasına imkan verən alış çeki ilə müəyyən edilir.
SakuraZ zəmanət verir ki, satın alındığı andan 60 gün ərzində malın material və istehsal qüsurları olmamalıdır.
Aşağıdakılar qüsur sayılmır:
Zəmanət aşağıdakı hallara aid edilmir:
4. ZƏMANƏTLİ MALIN BƏRPA EDİLMƏSİ METODLARI
Zəmanət müddəti ərzində malın qüsuru qüsurlu komponentlərin analoji, işlək vəziyyətdə olan komponentlərlə dəyişdirilməsi yolu ilə aradan qaldırılır. Bütün nasaz komponentlər – avadanlığın zəmanət iddiası əsasında dəyişdirilmiş (əvəzlənmiş) qüsurlu ehtiyat hissələri Servis Mərkəzinin mülkiyyətinə çevrilir. Əgər qüsurlu ehtiyat hissəsi hər hansı səbəbdən Servis Mərkəzinin mülkiyyətinə verilə bilmirsə, onun məbləği dəyişdirilmək üçün təqdim olunan ehtiyat hissəsinin qiyməti üzrə ödənilməlidir.
Zəmanət təmiri üçün təqdim olunan ehtiyat hissələri ya yeni, ya da yeni istehsal olunmuş və ya istehsalçı firmaların zavodlarında bərpa edilmiş və yeni ehtiyat hissələrinin parametrlərinə uyğun olan yeni ehtiyat hissələridir.
Zəmanətli malın bərpası mütləq qüsurlu ehtiyat hissələrinin dəyişdirilməsi ilə əlaqədar deyil. Avadanlığın iş qabiliyyətinin bərpası üçün ehtiyat hissələrindən istifadə olunmadan da iş aparıla bilər – məsələn, təmizləmə, tənzimləmə, mikrokodun yenilənməsi, montaj birləşmələrinin bərpası, mexaniki zədələrin aradan qaldırılması və s. tədbirlər görülə bilər.
5. BƏRPA EDİLMƏ MÜDDƏTİ VƏ ŞƏRTLƏRİ
5.1. Bərpa edilmənin baza şərtləri
Malın zəmanət təmiri avadanlığın zəmanət müddəti ərzində Servis Mərkəzinin ərazisində təqdim edilməsi üzrə həyata keçirilir. Servis Mərkəzi diaqnostikanı və qüsurlu ehtiyat hissələrinin dəyişdirilməsini (“Ehtiyat hissələri və iş” tipli zəmanət) pulsuz həyata keçirir.
Bütün nəqliyyat xərcləri, malın təmirə çatdırılması və təmirdən çıxarılması ilə bağlı öhdəliklər və risklər malın sahibi tərəfindən həyata keçirilir.
Malın zəmanətli təmiri Servis Mərkəzi tərəfindən malın alındığı andan iyirmi iş günü ərzində həyata keçirilir.
Əgər Servis Mərkəzinin anbarında təmirin aparılması üçün tələb olunan ehtiyat hissələri yoxdursa, zəmanətli təmirin müddəti zəruri ehtiyat hissələrinin çatdırılma müddəti qədər artırılır. Bu halda zəmanətin müddəti ehtiyat hissələrinin çatdırılma müddətinə müvafiq olaraq uzadılır və bu barədə Zəmanət talonunda müvafiq qeyd aparılır.
5.2. Sifarişçinin olduğu əraziyə səfər edilməsi
Servis Mərkəzinin mütəxəssisinin ezamiyyəti ilə bağlı bütün xərclərin razılaşdırılmasından və tam ödənilməsindən sonra mütəxəssisin diaqnostikanın aparılması üçün malın yerləşdiyi əraziyə çağırılması mümkündür. Zəmanətli qüsurlu ehtiyat hissələrinin sonradan dəyişdirilməsi mütəxəssisin yanında belə ehtiyat hissələri olduqda və ya həmin ehtiyat hissələrinin çatdırılmasından sonra həyata keçirilə bilər.
İstənilən halda, malın sahibi Servis Mərkəzinin ərazisində pulsuz zəmanətli diaqnostikanın və təmirin aparılmasından yararlanmaq hüququnu özündə saxlayır.
5.3. Telefonla dəstək göstərilməsi
Zəmanətli xidmətin bir hissəsi də pulsuz telefon dəstəyinin göstərilməsidir.
Bu xidmətə avadanlığın istismara hazırlanması və istifadəsi üzrə məqsədəuyğun həcmdə məsləhətlərin verilməsi, həmçinin onun işləməkdən imtina etməsinin ehtimal olunan səbəbinin axtarılması daxildir. Qeyd edək ki, avadanlığın işləməməsi zamanı Servis Mərkəzinin mütəxəssisi yalnız ehtimal olunan (ən tipik) səbəbləri göstərə bilər.
6. ZƏMANƏTSONRASI VƏ ZƏMANƏTDƏNKƏNAR DƏSTƏK
SakuraZ Servis Mərkəzi həmçinin SakuraZ mağazalarının malları üçün zəmanət xidməti çərçivəsindən kənarda təmir və dəstək xidmətləri həyata keçirir. Zəmanətdənkənar bütün növ xidmətlər üçün istehsalçılardan istifadə edilmiş orijinal və ya yenilənmiş hissələrlə diaqnostikanın və təmir qiymətləndirilməsinin aparılması üçün mütəxəssislərimizə müraciət edə bilərsiniz. Servis Mərkəzi işin ən yüksək keyfiyyətlə və nəzərdə tutulan vaxtda yerinə yetirilməsinə zəmanət verir.
7. TƏTBİQ OLUNMA SAHƏSİ VƏ MƏSULİYYƏT
Ümumiyyətlə, zəmanət xidməti məhdud xidmət (istismar) müddətinə malik istehlak materiallarına və ehtiyat hissələrinə şamil edilmir.
SakuraZ bu materialda göstərilənlərdən başqa heç bir zəmanət və ya təminat vermir. O cümlədən, SakuraZ malın qüsurları nəticəsində dəymiş hər hansı bir zərərə və ya əldən çıxmış faydaya görə məsuliyyət daşımır.
8. ZƏMANƏTİN GENİŞLƏNDİRİLMƏSİ
Bir sıra avadanlıq modelləri üçün zəmanətin genişləndirilməsi mümkündür.
Elektrik samokatlar üzrə genişləndirilmə həm zəmanət xidmətinin müddətinin uzadılmasını, həm də xidmət müddətlərinin prioritetləşdirilməsini nəzərdə tutur.
EZRaider avadanlıqları üzrə genişləndirilmə zəmanət halları üçün zəmanət xidmətinin genişləndirilmiş müddəti ərzində, pulsuz servis işlərini, həmçinin təmir üçün lazım olan ehtiyat hissələrinə 12% endirim edilməsini (ehtiyat hissələrinin əsas qiymət cədvəlinə əsasən) nəzərdə tutur.
Genişləndirilmiş zəmanət paketlərini Servis Mərkəzindən əldə etmək mümkündür.