İstifadə qaydaları

Ümumi məlumat

  1. Bu istifadə qaydaları, o cümlədən bu qaydaların bütün bölmələri və qaydalara edilən bütün dəyişikliklər Azərbaycan Respublikasında 1702648991 nömrəli VÖEN-lə fəaliyyət göstərən “SakuraZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra kontekstdən asılı olaraq, “SakuraZ” və/və ya “Şirkət” adlandırılacaq) xidmətlərindən (bundan sonra – “Xidmət”) istifadə qaydalarını və şərtlərini müəyyən edən hüquqi razılaşmanı təşkil edir. Xidmətlər Azərbaycanda “WingZ” adlı xüsusi mobil tətbiq vasitəsilə (bundan sonra – “WingZ mobil tətbiqi” və ya “mobil tətbiq”) “SakuraZ” tərəfindən həyata keçirilən “WingZ”in skuter xidmətinin göstərilməsindən ibarətdir.
  1. Siz bununla qəbul və təsdiq edirsiniz ki, istifadə qaydalarını, o cümlədən “Məsuliyyətdən azadetmə haqqında bəyannamə”ni oxuyub başa düşmüş və razılıq vermisiniz.
  1. “SakuraZ” istənilən zaman əvvəlcədən xəbərdarlıq etmədən istifadə qaydalarına düzəliş edə və ya qaydaların hər hansı hissəsini ləğv edə bilər və bü cür düzəlişlər  mobil tətbiqdə nəzərə alınana andan silinənə qədər sizin üçün qüvvədə qalacaqdır. Müqaviləyə xitam vermək niyyətiniz barədə Şirkətə bildiriş göndərməsəniz, siz istifadə qaydalarına edilən düzəlişlərə razılıq vermiş hesab olunacaqsınız.
  1. Bu xidmət şərtləri ilə razılaşmadığınız təqdirdə, xidmətdən istifadə etməməyiniz xahiş olunur.

Xidmətlər

  1. “SakuraZ” məxfilik haqqında qanunvericiliyə əsasən istifadə qaydalarında müəyyən edilən müddəalara, mobil tətbiqdə əks olunan tarif və şərtlərə, o cümlədən tərəflər arasındakı münasibətləri tənzimləyən hər hansı digər sənədə uyğun olaraq elektrikli skuterin (bundan sonra “Nəqliyyat vasitəsi”) icarəyə götürülməsi və istismarı barədə ictimaiyyətə xidmətlər təklif edir.  Bu sənədlər istifadə qaydalarının ayrılmaz tərkib hissəsini təşkil etməklə birlikdə “İstifadə haqqında sənədlər” adlandırılır.
  1. Siz bununla bildirirsiniz ki, Nəqliyyat vasitəsinin “ilk gələn ilk istismar edir” prinsipi əsasında icarəyə götürülməsi barədə məlumatınız var və buna görə də “SakuraZ” istənilən zaman istənilən müştərini Nəqliyyat vasitəsi ilə təchiz etməyə zəmanət vermir.
  1. Şirkət, əlavədəki təyin olunmuş düyməni basaraq seçim edə biləcəyiniz bir neçə xidmət təklif edir:

• Adi səyahət xidməti – maliyyət xidmətin aktivləşdirilməsindən və istifadə müddətinə görə xidmətdən istifadə xərclərindən ibarətdir.

• Gözləmə – xidmət gözləmə rejimində Nəqliyyat vasitəsi ilə təmin etməkdən ibarətdir. Gözləmə müddəti, mobil tətbiq içində gözləmə üçün təyin olunmuş düyməni vurduğunuz andan etibarən gözləmə müddətinin sonuna qədər və ya əlavədə göstərilən təlimatlara uyğun olaraq nəzərə alınacaqdır. Gözləmə qiyməti adi xidmət qiyməti ilə eynidir.

• Xidmət qiymətləri əlavədə görünəcək və bu İstifadə şərtlərinin ayrılmaz hissəsini təşkil edir.

• Bu xidmətlər SakuraZ qərarına əsasən ödənişli və ya pulsuz olaraq təqdim edilə bilər. Müəyyən müddətə pulsuz təqdim olunan bir xidmət, istifadəçinin SakuraZ-ın tələb etmək qərarına gəldiyi bu xidməti ödəmək vəzifəsini azaltmayacaqdır.

İstifadəçi qeydiyyatı və qeydiyyata razılıq

  1. Xidmətlərin istifadəçisi kimi qoşulmaq niyyətində olan şəxs 18 yaşından yuxarı olmalı, qüvvədə olan qanunlara əsasən Nəqliyyat vasitəsindən istifadə etmək üçün tələb oluna biləcək bütün lisenziya və/və ya icazələrə sahib olmalıdır. Burada və sənədin növbəti hissələrində “qüvvədə olan qanunlar” kontekstdən asılı olaraq, müvafiq tərəfin aid olduğu və ya hadisənin baş verdiyi yurisdiksiyanın effektiv qanunvericiliyini ifadə edir.    
  1. Xidmətlərimizdən istifadə etmək üçün siz “WingZ” mobil tətbiqini yükləməli, qeydiyyatdan keçməli və bütün zəruri məlumatları daxil etməsiniz.
  1. Qeydiyyatdan keçdiyiniz zaman “WingZ” mobil tətbiqi SMS vasitəsi ilə sizin mobil nömrənizə qeydiyyat kodu göndərəcəkdir və siz qeydiyyat prosesini davam etdirmək üçün bu kodu daxil etməli olacaqsınız. SMS-lərin olmayacağı təqdirdə, e-poçt vasitəsi ilə qeydiyyat kodu tələb edə bilərsiniz.
  1. Bu sənəddə müəyyən edilən müddəalar çərçivəsində qeydiyyatdan keçərək siz aşağıdakılara razılıq vermiş və onları təsdiq etmiş hesab olunursunuz:
  • Siz Şirkətin müştərisi və Şirkətin Xidmətlərinin istifadəçisi kimi qoşulmaq niyyətindəsiniz.
  • Siz istifadə qaydalarını (o cümlədən “Məsuliyyətdən azadetmə haqqında bəyannamə”) diqqətlə oxumusunuz, onları təsdiqləmisiniz, onlara razılıq vermisiniz və onlara qarşı hər hansı iddia irəli sürməyəcəksiniz.
  • Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatlar tam və dəqiqdir. Siz bu məlumatları vaxtaşırı olaraq yeniləməyi öhdənizə götürürsünüz.
  • Siz şəxsi məlumatlarınıza və xüsusilə, faktura məlumatlarına edilən hər hansı dəyişiklik barədə “SakuraZ”a məlumat vermək öhdəliyi daşıyırsınız.
  • Sizə məlumdur ki, sizə verilən “WingZ” mobil tətbiqi hesabı unikaldır və siz hesab məlumatlarını, o cümlədən istifadəçi adı, şifrə və faktura məlumatlarını məxfi saxlamağa görə müstəsna şəkildə məsuliyyət daşıyırsınız.
  • Siz hesab məlumatlarınızı digər şəxslərə ötürməməyi və digər şəxslərin hesabınızdan istifadə etməsinə imkan verməməyi, o cümlədən digər şəxslərin hesabından istifadə etməməyi öhdənizə götürürsünüz.
  • Siz bilirsiniz ki, Şirkətə digər şəxslərin, o cümlədən istifadə qaydalarına və qanunlara əsasən səyahət etməsi qadağan edilmiş şəxslərin hesabınızdan istifadə etməsinə icazə verdiyiniz barədə məlumat verilməyibsə, Şirkət hər hansı fakt sübut etmədən öz mülahizəsinə əsasən hesabınızı bloklamaq hüququna malikdir.
  • Siz “WingZ” mobil tətbiqində hesabınızdan istifadə edərək icra edilən hər hansı hərəkətə, o cümlədən digər şəxsin hesabınızdan istifadə etməsi və digər icazəsiz istifadə halları nəticəsində siz və/və ya hər hansı üçüncü şəxsin məruz qaldığı zərər və/və ya itkiyə görə tam məsuliyyət daşıyırsınız.
  • Hesab məlumatlarınızın itdiyi, oğurlandığı, müsadirə edildiyi, icazəsiz istifadə olunduğu və/və ya təhlükəsizlik qaydalarını pozmaqla hər hansı şəkildə istifadə edildiyi sizə məlum olarsa, dərhal “SakuraZ”a bu barədə məlumat verməlisiniz.
  • Siz səbəb olduğunuz hər hansı zərər görə yerli qurumlar tərəfindən “SakuraZ”a tətbiq olunan hər hansı ödəniş və/və ya cəriməni sübut etmək tələbi olmadan Şirkətdə aşkar edilən məlumatlara əsasən ödəməyi öhdənizə götürürsünüz. Bu ödəniş əvvəlcədən bildiriş vermədən müəyyən etdiyiniz ödəniş qaydası ilə həyata keçiriləcəkdir.
  • Bu Xidmət olduğu kimi həyata keçirilir. Siz xidmətin xüsusiyyətləri, xarakteristikası, məhdudiyyətləri və ya tələblərinizə uyğunluğuna görə Şirkətə qarşı və ya Şirkətin adından hər hansı şəxsə qarşı iddia və/və ya tələb irəli sürmək hüququna sahib deyilsiniz.

Məlumatların məxfiliyi

  1. “WingZ” mobil tətbiqi telefon nömrəsi, e-mail ünvanı, kredit kartı məlumatları, səyahətə başladığınız məntəqə, təyinat məntəqəsi, real zamanlı məkan, səyahətin başlanğıc tarixi, səyahətin sonlanma tarixi, istifadə müddəti və s. kimi qeydiyyat prosesində və xidmətlərdən istifadə zamanı təqdim etdiyiniz şəxsi məlumatları toplayaraq onlardan istifadə edir. 
  1. Xidmətdən istifadə edərkən “WingZ” mobil tətbiqi cihazınızdakı “qoşulma” funksiyasından istifadə edir. Siz buna icazə verməkdən imtina edə bilərsiniz, ancaq nəzərə almalısınız ki, bunu etdiyiniz təqdirdə “WingZ” mobil tətbiqi sizə maksimum xidmət göstərə bilməyəcəkdir.
  1. Bu cür məlumatlar və Şirkət tərəfindən təqdim olunan və ya qəbul edilən bütün məlumatlar, o cümlədən şəxsi məlumatlar, ödəniş qaydaları, istifadə tarixçəsi və istifadəçinin yeri barədə məlumatlar Şirkətin məlumat bazalarında və məlumatları arasında saxlanır. “SakuraZ” məlumatları saxlayaraq onlardan bu istifadə qaydalarında və qüvvədə olan qanunlara, o cümlədən “Şəxsi məlumatların qorunması haqqında” Qanunda müəyyən edilən məhdudiyyətlə nəzərə alınmaqla öz məqsədləri üçün istifadə edə bilər.
  1. Şirkət aşağıdakı hallarda sizin və ya Xidmətdən istifadəniz barədə hər hansı şəxsi məlumatı, o cümlədən faktura məlumatları, telefon nömrəsi, e-mail ünvanı və digər bu cür məlumatları əvvəlcədən məlumat vermədən və sizin razılığınız olmadan açıqlamaq hüququna sahibdir: (1) Qüvvədə olan qanunlara və/və ya səlahiyyətli orqanın sərəncamına əməl etmək tələb olunduqda; (2) Şirkətin və/və ya onun adınan hər hansı şəxsin və/və ya üçüncü şəxslərin hüquqlarını müdafiə etmək üçün; (3) Bu istifadə qaydalarını tətbiq etmək, o cümlədən Xidmətdən istifadəyə görə xidmət haqqı tutmaq üçün; (4) Xidmət göstərmək üçün; (5) Xidmətləri və təklif olunan məzmunu yeniləmək və yaxşılaşdırmaq üçün; (6) Mövcud Xidmətləri və məzmunu dəyişdirmək və/və ya ləğv etmək üçün; (7) Xidmətdən istifadəyə dair statistik məlumatlarınızı toplamaq üçün; (8) Məlumatları yoxlamaq və məlumatların təhlükəsizliyi məqsədləri üçün. 

Reklam və marketinq mesajlarının qəbul edilməsi

  1. Şirkət Xidmətlərdən istifadə ilə bağlı adi kommersiya fəaliyyəti çərçivəsində sizə informativ xarakterli mesajlar, o cümlədən “bildirişlər” göndərəcəkdir.
  1. Şirkət hesabınızda və/və ya sizə təqdim olunan xüsusi sənədlərdə, o cümlədən əməliyyatın icmalına dair sənədlər, fakturalar və s.-də müəyyən edilən hər hansı rabitə metodu vasitəsilə sizə müxtəlif reklam və marketinq mesajları göndərə bilə.  Siz Şirkətin müəyyən etdiyi yolla sizə reklam və marketinq mesajlarının göndərilməsindən imtina edə bilərsiniz.
  1. Şirkət bu məqsəd üçün şəxsi məlumatlarınızdan istifadə edərək “Şəxsi məlumatların qorunması haqqında” Qanunla müəyyən edilən qaydada sizə birbaşa e-mail göndərə bilər (bundan sonra – “Birbaşa e-mail”). Siz Şirkətin müəyyən etdiyi yolla sizə birbaşa e-mailin göndərilməsindən imtina edə bilərsiniz.

Məlumatların təhlükəsizliyi

  1. Siz təsdiq edirsiniz ki, “WingZ” mobil tətbiqinin vebsaytındakı və tətbiqdəki məlumatları qorumaq məqsədilə məlumatların qorunması üzrə qabaqcıl mexanizmlərdən istifadə etdiyi, haker hücumları, kompüterlərə icazəsiz giriş, məlumatların ifşası, pozulmalar və vebsayt tərəfindən istifadə olunan kompüterləşdirilmiş sistemlərin fəaliyyətlərinə müdaxilənin qarşısını almaq məqsədilə bütün müvafiq tədbirləri həyat keçirdiyi sizə məlumdur. Bununla belə, Şirkət kompüter sistemlərininə icazəsiz giriş hallarının olmayacağına tam zəmanət verə bilməz. Kompüter sistemlərinə haker hücumlarına məruz qaldığı təqdirdə hər hansı iddia və/və ya tələb irəli sürməyəcəksiniz. Şirkət digər şəxslərin sistemə icazəsiz daxil olması nəticəsində yuxarıda göstərilən məlumatların ifşa edilməsi və istifadə olunması hallarına görə məsuliyyət daşımayacaqdır.

Siz “WingZ”in kompüter sistemlərinə qanunsuz şəkildə daxil olmayacaq, bu cür kompüter sistemlərinə giriş yollarını və ya boşluğu axtarmayacaq, təhlükəsizlik sistemləri və ya vebsaytı və saytdakı məlumatları qoruyan şifrə yaratmayacaq və ya bu cür hərəkətlərin icrasına yardım etməyəcəksiniz.

İstifadə ilə bağlı məhdudiyyətlər və müəllif hüquqları

  1. Nəqliyyat vasitəsi yalnız şəxsi istifadə üçün nəzərdə tutulub və ondan kommersiya məqsədli istifadə qəti qadağandır.
  2. Şirkət sizə Xidmətlərdən və onun komponentlərindən istifadə etmək üçün lisenziya verir. Şirkət bildirir ki, bu lisenziyanı başqasına ötürə, yenidən sata, onun dublikatını çıxara və ya ondan kommersiya məqsədilə istifadə edə bilməzsiniz.
  3. Xidmətin həyata keçirilməsi çərçivəsində meydana çıxan hər hansı komponent (məsələn, sənət əsəri, qrafik dizayn, fotoşəkillər, rəsmlər, video, səslər, çertyojlar, əmtəə nişanları, xidmət nişanları, ticarət adları, məlumat bazaları, vebsaytın və ya appletin kompüter kodu, kodun daşıdığı kontent və fayllar, vebsaytdan və ya appletdən istifadə ilə bağlı yaranan hər hansı digər məlumatla) üzərindəki tam mülkiyyət hüququ Şirkətə və/və ya onun tərəfdaşlarına, lisenziya sahiblərinə, satıcılara, vasitəçilərə və/və ya Şirkətin məzmun hazırlayan əməkdaşlarına məxsusdur.
  4. Siz xidmətə daxil edilən məlumat və ya işlərin surətini çıxara, onları başqalarına paylaya, ötürə, təqdim edə, icra edə, dərc etdirə, onlara lisenziya verə, onların törəməsini yarada, onları köçürə və ya sata bilməzsiniz.  Xidmət, onun komponentləri və onunla bağlı bütün hüquqlar Şirkət və/və ya onun tərəfdaşları, lisenziya sahibləri, satıcılar, vasitəçilər və/və ya Şirkətin məzmun hazırlayan əməkdaşlarının mülkiyyətində qalacaqdır.
  5. Yuxarıdakı bəndlərin ümumi xarakterindən kənara çıxmamaq şərti ilə, “WingZ” və “SakuraZ” adları, Şirkətin əmtəə nişanları, o cümlədən vebsaytın domen adı, vebsaytdakı əmtəə nişanları (qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq) hüquq sahiblərinin, yəni “SakuraZ”ın mülkiyyəti hesab olunur. Onlardan Şirkətin əvvəlcədən yazılı razılığı olmadan istifadə oluna bilməz.
  6. Siz Xidmətdən yalnız müəyyən edilmiş məqsəd üçün istifadə edə bilərsiniz. Hər hansı icazəsiz istifadə halı avtomatik olaraq bizim tərəfimizdən sizə verilən icazə və/və ya lisenziyaların ləğv olunması ilə nəticələnəcək, sizdən bizə və itkiyə məruz qalan hər hansı digər üçüncü şəxsə kompensasiya ödəməyiniz tələb olunacaqdır. 
  7. Siz vebsaytda və mobil tətbiqdə Nəqliyyat vasitəsinin fotoşəkillərini tapa bilərsiniz. Bu cür fotoşəkillə yalnız təsvir məqsədi daşıyır. Fotoşəkildə Nəqliyyat vasitələrinin təsviri faktiki görüntüsündən fərqli ola bilər.

İnternetə çıxış və cihaz

  1. Siz cihazınızın internetə çıxışın təmin edilməsinə və xidmətlərdən istifadə məqsədilə internet təminatçısı və ya mobil xidmət təminatçısı kimi hər hansı üçüncü şəxs tərəfindən tutulan xidmət haqlarının ödənilməsinə görə məsuliyyət daşıyırsınız. Nəzərinizə çatdırırıq ki, xidmətimizdən yararlanan zaman mobil şəbəkə məlumatları və xidmət haqları tətbiq oluna bilər. Siz bu cür xidmətləri sizə göstərən təchizatçılarla bunu yoxlamalısınız.
  2. Sizə məlumdur ki, Şirkət tərəfindən həyata keçirilən xidmətlər internetdən və mobil şəbəkələrdən istifadə yolu ilə həyata keçirilir, Xidmətlərin keyfiyyəti və mümkünlüyünə Şirkətin nəzarəti altında olmayan amillər təsir göstərə bilər, buna görə Şirkət öz nəzarəti altında olmayan amillərin səbəb olduğu hər hansı nasazlığa, o cümlədən fors major hadisə nəticəsində yaranan nasazlıqlara görə məsuliyyət daşımayacaqdır. 
  3. “SakuraZ” Xidmətin və ya onun hər hansı hissəsinin hər hansı xüsusi proqram təminatı və ya cihazda çalışıb-çalışmamasına görə məsuliyyət daşımır. Siz Xidmətlərə çıxışın təmin edilməsi və onlardan istifadə olunması üçün tələb oluna biləcək müvafiq proqram təminatı və ya cihazın satın alınması və yenilənməsinə, o cümlədən digər yeniləmələrə görə məsuliyyət daşıyırsınız.
  4. Siz Nəqliyyat vasitəsini icarəyə götürməzdən əvvəl mobil cihazınızın yaxşı vəziyyətdə olduğunu və icarə prosesini, o cümlədən onun ləğv olunmasını icra edə bildiyini, interneti, batareyanı və kameranı yoxlamağa görə tam məsuliyyət daşıyırsınız.
  5. Şirkət bildirir ki, sizin bu bölmədə qeyd olunan nöqsanlara görə Xidmətə xitam verməniz istifadə qaydalarının pozulmasını təşkil edir. Buna görə əlavə haqq tutula bilər.

İcarə müddəti

  1. Nəqliyyat vasitəsinin icarəsi sizin mobil tətbiqdə müəyyən edilmiş düyməyə basdığınız və icarənin “WingZ” mobil tətbiqi tərəfindən təsdiqləndiyi andan başlayacaqdır. İcarənin başlamasından dərhal sonra elektrikli Nəqliyyat vasitəsi kiliddən çıxacaq və siz səyahət etmək üçün ondan istifadə edə biləcəksiniz.
  2. Nəqliyyat vasitəsinin icarəsi onu xüsusi dok-stansiyada saxladıqdan və sessiyanı yekunlaşdırmaq üçün mobil tətbiqdə müəyyən edilmiş xüsusi düyməni basdıqdan sonra Nəqliyyat vasitəsindən istifadəni tamamladığınızı mobil tətbiq vasitəsilə bildirdiyiniz anda sonlanacaqdır. Mobil cihazınızda enerjinin az olması və ya internet əlaqəsinin kəsilməsi nəticəsində Nəqliyyat vasitəsini qaytarmaq mümkün olmazsa, siz “SakuraZ”ın Nəqliyyat vasitəsinin icarəsini mexaniki qaydada yekunlaşdırmasına şərait yaratmaq üçün “SakuraZ”ın müştəri xidmətlərinə dərhal məlumat verilməsinə görə cavabdehsiniz. Siz tələb olunan halda Nəqliyyat vasitəsinin icarəsinin yekunlaşması anına qədər məsuliyyət daşıyırsınız.
  3. “SakuraZ” iki saatlıq müddət sonlandıqdan sonra öz mülahizəsinə əsasən müəyyən etdiyi hər hansı səbəbdən Nəqliyyat vasitəsinin icarəsinə xitam vermək hüququna sahibdir, ancaq bu hal Şirkətin üzərinə hər hansı öhdəlik qoymamaqla yanaşı, sizi də hər hansı məsuliyyətdən və ya ödənişi tam şəkildə həyata keçirmək öhdəliyindən və istifadə qaydaları və/və ya qanunun müvafiq müddəalarını pozduğunuz təqdirdə, “SakuraZ”ın qərarı ilə əlavə ödəniş etmək öhdəliyindən azad etmir.
  4. Hər halda, Şirkət, mümkün dələduzluq hallarının və ya istifadəçinin telefon batareyasının və ya internetinin gəzintini bitirmək üçün əlçatan olmadığı halların qarşısını almaq üçün dörd saatlıq bir müddətdən sonra nəqliyyat vasitəsinin icarəsinə xitam verəcəkdir.
  5. Nəqliyyat vasitəsinin geri qaytararaq parkinq əməliyyatını icra etdikdən sonra siz əmin olmalısınız ki, Nəqliyyat vasitəsi yolda və ya səkidə digər istifadəçilərə və ya üçüncü şəxslərə maneə törətmir və hər hansı qanuna, o cümlədən xidmətdən yararlandığınız şəhərin daxili qaydalarına uyğun olaraq yerləşdirilmişdir. Məsələn, Nəqliyyat vasitələrini ağacların, yol nişanlarının, küçə işıqlarının, parkinq sayğaclarının, zibil konteynerlərinin, əmlakların hasarlarının, skamyaların və konteynerlərin üzərində, qəza və xidmət çıxışlarının, piyada keçidlərinin və strukturların qarşısında və ya kənarında, Nəqliyyat vasitəsinin reklam afişasını örtəcəyi yerlərdə, yükləmə və boşalma əməliyyatları üçün ayrılmış ərazilərdə, iş sahəsi, ağac kəsimi və fotoçəkiliş ərazisi kimi müvəqqəti məhdudiyyətlərin qoyulduğu ərazilərdə, istifadəçilər və ya digər xidmətlər üçün ayrılmış ərazilərdə və s. saxlamaq olmaz.
  6. Nəqliyyat vasitəsindən istifadə edərkən qüvvədə olan qanunların müddəalarına və İstifadə haqqında sənədlərin göstərişlərinə əməl etməsəniz (məsələn, Nəqliyyat vasitəsinin qanun normalarına zidd olaraq saxlanması, istifadə edilmiş xidmətə xitam verilməməsi, nəqliyyat vasitəsini düzgün qaydada yerləşdirmədən fəaliyyət sahəsinin tərk edilməsi və s), sizdən xidmət haqqından əlavə haqq tutula, o cümlədən yerli qurum tərəfindən cərimə tətbiq oluna bilər. 

Xidməti ləğv etmək imkanı

  1. Siz “SakuraZ”la əməkdaşlığınıza istənilən zaman “SakuraZ”a yazılı bildiriş göndərməklə xitam verə bilərsiniz. Bu cür bildiriş göndərilərsə, əməkdaşlığa 5 iş günü ərzində xitam veriləcəkdir.
  2. Şirkət bununla bildirir ki, əməkdaşlığın xitamı sizi xitamdan əvvəl yaranan öhdəliklərin icrasından azad etmir.
  3. “SakuraZ” aşağıdakı hallarda əvvəlcədən bildiriş göndərmədən sizinlə əməkdaşlığa xitam verə və ya xidmətlərə çıxışınızı bloklaya bilər: (1) istifadə qaydalarına müəyyən edilən öhdəlikləri icra etmədikdə; (2) Şirkətin xidmətlərindən sui-istifadəyə yol verdikdə; (3) vebsaytın və mobil tətbiqin işinə əngəl olduqda; (4) Şirkətə yanlış məlumatlar təqdim etdikdə; (5) başqa şəxsə, o cümlədən İstifadə haqqında sənədlərə və qanuna əsasən səyahət etməsi qadağan olunan şəxsə hesabınızdan istifadə etmək icazəsi verildikdə; (6) kredit kartından xidmət haqqının tutulması ilə bağlı problem olduqda: (7) qüvvədə olan qanunları pozduqda; (8) Nəqliyyat vasitəsindən təhlükəli şəkildə istifadə etdikdə; (9) Nəqliyyat vasitələrinə zərər vurduqda.

İstifadə qaydası və məsuliyyətlər

  1. Sizə məlumdur ki, Nəqliyyat vasitələrindən istifadə vaxtaşırı olaraq mobil tətbiqdə yenilənə və “WingZ” mobil tətbiqində və ya informasiya stendlərində əks oluna biləcək istifadə perimetri ilə məhdudlaşır (bundan sonra – “İstifadə məhdudiyyətləri“). Bu cür İstifadə məhdudiyyətlərindən kənara çıxmaq qəti qadağandır. İstifadə məhdudiyyətlərindən kənara çıxılması dedikdə Nəqliyyat vasitəsinin icazəsiz götürülməsi və qüvvədə olan qanunların pozulması nəzərdə tutulur. “SakuraZ” İstifadə məhdudiyyətlərindən kənara çıxma halında bütün tədbirləri həyata keçirmək, o cümlədən xidmətə xitam vermək, səlahiyyətli hüquq-mühafizə orqanlarına şikayət etmək, əməkdaşlığı ləğv etmək, cərimə tətbiq etmək və Nəqliyyat vasitəsinin qaytarılması ilə bağlı xərclərin tam məbləğini tutmaq (o cümlədən Şirkətin istifadəçilərinə Nəqliyyat vasitəsinin istifadəsinin başladığı andan İstifadə məhdudiyyətləri çərçivəsində ictimaiyyət tərəfindən istifadə olunması üçün tam şəkildə qaytarıldığı ana qədər davam edən tam müddət üçün tətbiq olunan qiymətlərə əsasən tam ödəniş tələb etmək) hüququna malikdir.
  2. Siz Nəqliyyat vasitəsini qüvvədə olan qanunların müddəalarına əsasən müəyyən edilmiş yollarda idarə etməyi öhdənizə götürürsünüz. Nəqliyyat vasitəsi velosipedlər üçün ayrılmış zolaqda, belə zolaq olmadıqda isə qüvvədə olan qanunda müəyyən edilən yolda idarə olunmalıdır. 
  3. Sizə məlumdur ki, yerli orqanlar fərqli ərazilərdə və fərqli şəhərlərdə fərqli istifadə siyasətlərindən istifadə etmək səlahiyyətinə malikdir. Siz qüvvədə olan qanunlara əməl etməlisiniz.
  4. Siz icarəyə götürdüyünüz Nəqliyyat vasitəsini tək başına idarə edə bilərsiniz və Nəqliyyat vasitəsinə başqa şəxsləri mindirmək qəti qadağandır.
  5. Siz Nəqliyyat vasitəsini yalnız öz hesabınızdan istifadə edərək icarəyə götürə bilərsiniz.
  6. Siz icarəyə götürdüyünüz Nəqliyyat vasitəsinin aksessuar, hissə və ya komponentlərini çıxarmaq, onlara düzəliş etmək və ya yenilərini əlavə etmək hüququna malik deyilsiniz.
  7. Siz sizə göstərilən xidmətdə müəyyən edilən hallar istisna olmaqla (məsələn, gözləmə müddətində), icarəyə götürdüyünüz Nəqliyyat vasitəsini icarə müddəti ərzində istənilən zaman nəzarətsiz qoymamağı öhdənizə götürürsünüz.
  8. Siz icarə müddəti ərzində Nəqliyyat vasitəsi oğurlandıqda, müsadirə edildikdə və/və ya qəza törətdikdə və ya üçüncü şəxslər qəza törətdikdə və/və ya onların əmlakına zərər vurduqda dərhal “SakuraZ”a məlumat verməlisiniz.
  9. İcarə müddət ərzində siz Nəqliyyat vasitəsinə görə tam məsuliyyət daşıyırsınız. Buna görə “Məsuliyyətdən azadetmə haqqında bəyannamə” bölməsinə əsasən icarə müddəti ərzində Nəqliyyat vasitəsindən istifadə edilməsi nəticəsində Nəqliyyat vasitəsinə, hər hansı şəxsə və ya əmlaka vurulan zərərə görə tam məsuliyyət daşıyırsınız.
  10. İcarə müddəti ərzində siz hər hansı yol hərəkəti qaydalarının pozuntularına, cinayət əməlinə və/və ya delikt  əməllərinə  və icarəyə götürdüyünüz Nəqliyyat vasitəsinin istifadə ilə bağlı yol verilən hər hansı hərəkətə, o cümlədən qüvvədə olan qanuna əsasən tələb oluna biləcək qoruyucu avadanlıqlardan, həmçinin dəbilqə və işığı əks etdirən jiletdən (“Qoruyucu avadanlıqlar”) istifadə olunmaması və/və ya Nəqliyyat vasitəsinin təmir edilməsi və ya ona hər hansı əlavənin edilməsi nəticəsində tətbiq olunan cəriməyə və/və ya Nəqliyyat vasitəsinin müsadirə edilməsinə görə tam məsuliyyət daşıyırsınız. “SakuraZ” icarə müddəti ərzində qanun pozuntularına yol verdiyiniz halda şəxsiyyətinizin müəyyən edilməsində səlahiyyətli orqanlara yardım etmək, yaranan xərclərə, yol verilən qanun pozuntusuna və/və ya hər hansı hərəkətə, o cümlədən hərəkətləriniz və/və ya hərəkətsizliyiniz nəticəsində vurulan zərərə görə sizdən kompensasiya tələb etmək hüququna malikdir.
  11. Siz Nəqliyyat vasitəsinin tam və yaxşı vəziyyətdə saxlanmasına, istifadə müddəti tamamlandıqdan sona onun zədəsiz və yaxşı vəziyyətdə qaytarılmasına görə tam məsuliyyət daşıyırsınız. 
  12. Siz Nəqliyyat vasitəsiniz qəbul etdiyiniz formada geri qaytarmalısınız. Bunu etmək mümkün olmazsa, siz Nəqliyyat vasitəsinin ilkin vəziyyətinə qaytarılmasına görə çəkilən xərclər sizdən tutula bilər. 
  13. Siz “SakuraZ”ın tələb etdiyi təqdirdə Nəqliyyat vasitəsini qaytardıqdan sonra 48 saat ərzində onun parkinq yeri barədə dəqiq məlumat verməyi öhdənizə götürürsünüz.
  14. “SakuraZ” Nəqliyyat vasitəsinin davamlı texniki xidmətinə görə cavabdeh olsa da, Nəqliyyat vasitəsinin hər zaman yaxşı vəziyyətdə olmasına görə məsuliyyət daşımır. Siz icarəyə götürmək istədiyiniz Nəqliyyat vasitəsini idarə etməyə başlamazdan əvvəl onun yaxşı vəziyyətdə olub-olmadığının yoxlanmasına görə cavabdehsiniz.
  15. Nəqliyyat vasitəsini icarəyə götürməzdən əvvəl siz akkumulyatorda olan enerjini, onun tələb olunan məsafə və vaxt nəzərə alınmaqla sizin ehtiyaclarınızı qarşılayıb-qarşılamayacağını yoxlamalısınız. Akkumulyatorda kifayət qədər enerji olmazsa və ehtiyaclarınızı qarşılamazsa, sizdən mövcud Nəqliyyat vasitələri arasından başqa birini seçməyiniz xahiş olunur. İstənilən halda Nəqliyyat vasitəsini idarə etdiyiniz zaman akkumulyatorun enerjisinin tükənməsinə görə “SakuraZ”a qarşı hər hansı iddia irəli sürmək hüququnuz yoxdur, çünki istifadədən əvvəl akkumulyatorun enerjisinin yoxlanmasına görə tam məsuliyyət daşıyırsınız.
  16. Nəqliyyat vasitəsini icarəyə götürməzdən əvvəl siz tətbiqin fəaliyyət xəritəsində nəqliyyat vasitələrinin yeri, istifadə məhdudiyyətləri, tariflər və s. kimi dinamik yeniləmələrin mövcud olub-olmadığını yoxlamalısınız.
  17. Sizə məlumdur ki, Şirkət öz mülahizəsinə əsasən fəaliyyət saatları, ərazilər, şəhərlər və s. kimi amillərdən asılı olaraq, müxtəlif tariflər tətbiq etmək hüququna malikdir. Nəqliyyat vasitəsini icarəyə götürməzdən əvvəl xidmət haqqının yoxlanması öhdəliyi sizin üzərinizə düşür.
  18. Hər hansı nasazlıq müəyyən edildikdə bu barədə dərhal “SakuraZ”a məlumat verməlisiniz.
  19. “SakuraZ” tərəfindən akkumulyatorun enerjisi haqqında verilən məlumat təqribidir və müxtəlif parametrlərə görə müəyyən edilir. Nəqliyyat vasitəsinin idarə edilməsi tərzi, coğrafi marşrut, istifadəçinin çəkisi və digər parametrlər məlumatlara ciddi şəkildə təsir göstərə bilər. “SakuraZ” Nəqliyyat vasitəsi haqqında məlumatlara, o cümlədən köməkçi avadanlıqlara (akkumulyator və s.), bu məlumatlar əsasında istifadəçiyə dəyə biləcək hər hansı zərərə görə məsuliyyət daşımır.

Sığorta, təhlükəsizlik və məsuliyyət

  1. İcarə müddəti başlamazdan əvvəl siz təsdiq edir və razılıq verirsiniz ki: (1) icarəyə götürdüyünüz Nəqliyyat vasitəsinin idarə olunmasında təcrübəyə maliksiniz və onun təhlükəsiz idarə olunması qaydasına bələdsiniz; (2) fiziki və əqli vəziyyətiniz seçdiyiniz Nəqliyyat vasitəsini idarə etməyə imkan verir; (3) qüvvədə olan qanunun tələblərinə əsasən seçdiyiniz Nəqliyyat vasitəsinə uyğun qoruyucu avadanlıqlara sahibsiniz və qüvvədə olan qanun tələb etdiyi təqdirdə istənilən zaman bu cür avadanlıqlardan istifadə edəcəksiniz; (4) qüvvədə olan qanunun seçdiyiniz Nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı müddəaları ilə tanış olmusunuz və onlara əməl etməyi, o cümlədən Nəqliyyat vasitəsini qüvvədə olan qanunun müddəalarına uyğun olaraq müəyyən edilmiş yollarda idarə etməyi öhdənizə götürürsünüz. Siz Nəqliyyat vasitəsini velosiped zolağında və belə zolaq olmadıqda isə qüvvədə olan qanunda müəyyən edilən yollarda idarə edə bilərsiniz; (5) Nəqliyyat vasitəsinin idarə olunmasının sürücülər, piyadalar və digərləri üçün təhlükə yarada biləcəyindən, yol şəraitindən xəbərdarsınız, qəza hadisələrinin qarşısını almaq üçün sayıq və xüsusilə, diqqətli olmalısınız; (6) seçdiyiniz Nəqliyyat vasitəsini idarə etməyi yaxşı bacarırsınız və “SakuraZ” tərəfindən onu necə idarə etməli olduğunuzun izah olunmasına ehtiyac yoxdur; (7) Nəqliyyat vasitəsini idarə edən zaman istifadə etdiyiniz və qüvvədə olan qanuna əsasən tələb oluna biləcək qoruyucu avadanlıqların satın alınması, keyfiyyəti və istismarına görə tam məsuliyyət daşıyırsınız; (8) bildiyiniz kimi, qoruyucu avadanlıqlar qəza zamanı xəsarət alma riskini tam aradan qaldırmır; (9) “SakuraZ” sizi və/və ya icarəyə götürdüyünüz Nəqliyyat vasitəsini heç bir şəkildə sığortalamır və sizə Nəqliyyat vasitəsindən birbaşa və ya dolayı istifadə nəticəsində hər hansı əmlaka və/və ya şəxsə dəyən hər hansı zərərə görə tam məsuliyyət daşıyırsınız; (10) Nəqliyyat vasitəsinin icarəsi ərzində hər hansı əmlaka və/və ya şəxsə dəyən hər hansı zərərə görə tam məsuliyyət daşıyırsınız; (11) Nəqliyyat vasitəsinin idarə olunması qaydasını hava şəraitinə uyğun olaraq tənzimləməyi öhdənizə götürürsünüz; (12) icarəyə götürmək istədiyiniz Nəqliyyat vasitəsinin yaxşı vəziyyətdə olduğundan əmin olmaq üçün icarəyə götürməzdən əvvəl onun görünə bilən hissələrini yoxlamısınız; (13) Nəqliyyat vasitəsinin əyləclər, şinlər, işıqlar və s. kimi hissələrinin yaxşı vəziyyətdə olub-olmadığını yoxlamısınız; (14) akkumulyatorda olan enerjinin səviyyəsini, onun tələb olunan məsafə və vaxt nəzərə alınmaqla sizin ehtiyaclarınızı qarşılayıb-qarşılamayacağını yoxlamısınız. Sizə məlumdur ki, Nəqliyyat vasitəsini idarə edən zaman akkumulyatorda olan enerjinin tükənməsi ilə əlaqədar “SakuraZ”a qarşı hər hansı iddia irəli sürə bilməzsiniz; (15) Nəqliyyat vasitəsi zədəsiz hesab olunur və siz Nəqliyyat vasitəsini icarəyə götürdükdən dərhal sonra çatışmazlıq barədə, o cümlədən istifadə müddətinin başlamasından əvvəl hər hansı hal barədə “SakuraZ”a məlumat verməlisiniz; (16) bildiyiniz kimi, spirtli içkilər, narkotik vasitələr və/və ya hər hansı maddənin təsiri altında və/və ya sizin Nəqliyyat vasitəsini təhlükəsiz şəkildə idarə etməyinizə mane ola biləcək hər hansı vəziyyətdə Nəqliyyat vasitəsini idarə etmək qəti qadağandır; (17) Nəqliyyat vasitəsini idarə edən zaman mobil cihazdan istifadə etmək, o cümlədən telefon danışığı həyata keçirmək, mesaj yazmaq, musiqi dinləmək və/və ya diqqətinizi yayındıra və Nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə idarə olunmasına maneə ola biləcək hər hansı digər hərəkət qəti qadağandır. Şirkət mobil telefondan və/və ya hər hansı digər mobil cihazdan istifadə nəticəsində baş verə biləcək hər hansı zərər, itki və ya xəsarətə görə məsuliyyət daşımayacaqdır; (18) Nəqliyyat vasitəsini dolu, toz fırtınası, sıx duman, güclü yağış və ya qasırğa kimi əlverişsiz hava şəraitlərində idarə etməməlisiniz;(19) stabilliyinizə təsir göstərməməsi şərti ilə, işıqları daşımaq üçün nəzərdə tutulmuş cihazın daşınması istisna olmaqla, icarəyə götürdüyünüz Nəqliyyat vasitəsinə stabilliyinizə və təhlükəsizliyinə təsir göstərəcək hər hansı yük götürməməlisiniz.
  2. Sizə məlumdur ki, qoruyucu avadanlıqlardan istifadəyə görə tam məsuliyyət daşıyırsınız.
  3. Sizə məlumdur ki, “SakuraZ” sizi və Nəqliyyat vasitəsini heç bir şəkildə sığortalamır. Sizə və hər hansı üçüncü şəxsə qarşı törədilən qanun pozuntularına görə siz tam məsuliyyət daşıyırsınız.
  4. Yuxarıda qeyd olunanlara zidd olmamaq şərti ilə, siz Nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı riski üzərinizə götürür və bildirirsiniz ki, Nəqliyyat vasitəsinin idarə olunmasının bədən xəsarəti, əmlaka zərər, qismən və tam əlillik və/və ya ölüm riskini özündə birləşdirən təhlükəli fəaliyyət olması sizə məlumdur. Siz bildirirsiniz ki, Nəqliyyat vasitələrinin idarə olunması özündə gözlənilməyən riskləri birləşdirir və siz bu cür riskləri, o cümlədən üçüncü şəxslərin etinasızlığı səbəbindən yaranan riskləri üzərinizə götürürsünüz.
  5. Siz Nəqliyyat vasitəsinin idarə olunmasına görə özünüz məsuliyyət daşıyırsınız. İcarə müddəti ərzində və Nəqliyyat vasitəsinin idarə olunması nəticəsində istifadəçiyə, digər şəxsə, əmlaka və/və ya Nəqliyyat vasitəsinə dəyən hər hansı birbaşa və ya dolayı zərərə, o cümlədən hər hansı üçüncü şəxsin məruz qaldığı hər hansı itki, oğurluq hadisəsi, xəsarət, əlillik, ölüm, zərər və/və ya xərclərə görə tam məsuliyyət daşıyırsınız. Siz həmçinin Nəqliyyat vasitəsinin təmir edilməsi, ehtiyat hissələrinin satın alınması və quraşdırılması yaxud Nəqliyyat vasitəsinin məhv olması, müsadirə edilməsi, parçalanması və ya bərpa edilməyəcək şəkildə zədələnməsi halında yeni Nəqliyyat vasitəsinin satın alınması üçün “SakuraZ”a kompensasiya ödəməlisiniz.
  6. “SakuraZ”ın yuxarıda qeyd olunan səbəblərə görə zərər və/və ya xərcləri qarşılaması və/və ya kompensasiya, o cümlədən hüquqi xərcləri və vəkil qonorarını ödəməsi tələb olunarsa, siz tələb olunacaq tam məbləğ həcmində “SakuraZ”a və onun adından hər hansı şəxsə təzminat ödəməyi öhdənizə götürürsünüz.
  7. Skuterin istifadəyə başlandığı andan etibarən 24 saat ərzində qaytarılmaması halında 500 azn məbləğində cərimə tətbiq olunacaq. 48 saat ərzində qaytarılmadığı təqdirdə, və ya skuterin oğurlandığı təqdirdə 1000 azn cərimə tətbiq olunacaq. Bu şirkətin qərara alacağı digər hüquqi addımlara əlavədir.

Şübhə yaratmamaq üçün, ödəmə klirinq cəhdinin uğursuz olduğu halda (“Ödəniş metodu”, balansında kifayət qədər vəsait olmadığı hal daxil olmaqla məhdudlaşmadığı halda), SakuraZ “Ödəniş metodunuzu” vaxtaşırı tutmağa çalışacağını bilirsiniz və qəbul edirsiniz. Müddət, borc məbləği tam həll olunana qədər.

  1. Nəqliyyat vasitəsini icarəyə götürərkən siz qeydiyyat zamanı verdiyiniz e-mail ünvanına sorğu əsasında vergi və qəbz fakturalarının göndərilməsinə razılıq verirsiniz.

Ödənişlər və ödənişlərin hesablanması

  1. Xidmətin aktivləşdirilməsi üçün və Xidmətdən istifadə müddəti ərzində sizin ödənişləriniz sifarişin verilməsindən sonra qüvvədə olacaq İstifadə haqqında sənədlərin şərtləri və/və ya tətbiqdə əks olunan tariflər əsasında hesablanacaqdır.  Siz tətbiqin xəritəsində icarəyə götürmək istədiyiniz Nəqliyyat vasitəsinin işarəsinə toxunmaqla xidmətin aktivləşdirilməsi haqqını və xidmətdən istifadə haqqını görə bilərsiniz. 
  2. Xidmətin aktivləşdirilməsi və Xidmətdən istifadə haqları 2-ci bölmədə təklif olunan Xidmətlərə uyğun olaraq tətbiqdə tələb olunan Xidməti müəyyən edən düyməni basdıqda nümayiş etdiriləcəkdir.
  3. Xidmətdən istifadə haqqı tətbiqdə müəyyən edilmiş aktivləşdirmə düyməsinin basılmasından deaktiv etmə düyməsini basana qədər davam edən müddətə əsasən hesablanacaqdır (qüvvədə olan qanuna uyğun olaraq saniyələr və yuvarlaqlaşdırılmış rəqəmlər nəzərə alınmaqla).
  4. Xidmətin aktivasiyası zamanı qeydiyyata alınmış kartdan aktivasiya məbləğini və dəqiqə hesabını nəzərə alan 5 azn depozit götürülür. Əgər gedişin sonunda sonucu depozitin müddətində olan gediş depozitin məbləğindən az olarsa, depozitin qalıq hissəsi icarədarın kartına 3 iş günü müddətində geri qaytarılır. (Nümunə, Əgər icarədar götürülmüş 5 azn depozitdən 3 azn dəyərində gediş edibsə, qalıq 2 azn 3 iş günü müddətində icarədarın kartına geri qaytarılır.)
  5. Əgər sürüş öncəsi icarədarın kartında yetərli məbləğ yoxdursa, sistem yürüşü qəbul etməyəcək.
  6. Əgər icarədarın kartında davam etmək üçün kifayət qədər vəsait yoxdursa, onun balansı mənfiyə gedir.
  7. “SakuraZ” öz mülahizəsinə əsasən istənilən zaman İstifadə haqqında sənədlərə, o cümlədən həmin sənədlərdə əks olunan tariflərə düzəliş və dəyişikliklər etmək hüququna malikdir. Siz onları təsdiqləməzdən və/və ya hər dəfə istifadə etməzdən əvvəl Xidmətlərin keyfiyyəti və dəyərinin yoxlanmasına görə məsuliyyət daşıyırsınız.
  8. Siz Xidmətlər üçün qeydiyyatdan keçən zaman Şirkətə etibarlı kredit və ya debit kartı və ya Şirkət tərəfindən qəbul edilmiş hər hansı digər ödəniş qaydası (“Ödəniş qaydası”) barədə məlumatları təqdim etməlisiniz. Şirkətə ödəniş qaydası barədə məlumatları təqdim etməklə siz razılıq verirsiniz ki, Şirkət ona ödənilməyən və ödənilməli olan bütün rüsum və haqları dərhal tutmaq səlahiyyətinə malikdir və heç bir əlavə bildiriş və ya razılıq tələb olunmur.  Siz rüsum və ya haqqın ödənilmədiyi və ödənilməli olduğu müddətdə qüvvədə olan rüsum, haqq və faktura ilə bağlı şərtlərə uyğun olaraq hesabınızın bütün rüsum və ya haqlarını ödəməyə razılıq verirsiniz. 
  9. Şirkət ödəniş qaydanızın sizə məxsus olub-olmadığını vaxtaşırı olaraq yoxlaya, o cümlədən kifayət qədər məbləğin olduğundan əmin olmaq üçün qəbzlərin nağdlaşdırılmasını həyat keçirə bilər. Siz hesab məlumatları, faktura ünvanı və ya ödəniş qaydasında baş verən hər hansı dəyişiklik barədə dərhal məlumat verməlisiniz.
  10. Faktiki ödənişlərin nağdlaşdırılması istifadədən dərhal sonra və ya “SakuraZ”ın mülahizəsinə əsasən müəyyən edilmiş müddət (həftə, ay) üçün həyata keçirilə bilər.
  11. Skuterin aidiyyəti olmayan yerdə tərk edilməsi, və yaxud səyahətin sizin tərəfinizdən sonlandırılmadığı təqdirdə(Səyahəti bitir düyməsinə basılaraq), eyni zamanda əgər skuter gözləməyə alınıbsa(Pause) sistem səyahəti başladığı andan etibarən 4 saatın tamamında bitirəcəkdir və uyğun məbləğ sizin ödəmə vasitənizdən çıxılacaqdır. Anlaşılmazlığın qarşısının alınması üçün, səyahətinizi lazımi qaydada icazə verilmiş ərazilərdə bitirməyi unutmayın.

Xərclər barədə sorğular

  1. Əgər tutulan hər hansı xərc barədə məlumat almaq istəyirsinizsə, fakturanın sizə təqdim olunmasından sonra 30 gün ərzində bizimlə mümkün qədər tez əlaqə saxlayın və sorğuya aşağıdakı məlumatları daxil edin: istifadəçi adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, hesabınızda istifadə etdiyiniz kredit kartının son dörd rəqəmi, haqqında məlumat almaq istədiyiniz xərcin təsviri və Şirkət tərəfindən tələb oluna biləcək əlavə məlumatlar.
  2. Şirkətlə şifahi şəkildə əlaqə saxlamısınızsa, Şirkət bu danışığın yazılı mətnini 7 iş günü ərzində göndərməyi tələb edə bilər.
  3. Şirkət 14 iş günü ərzində tələb etdiyiniz məlumatları göndərəcək və/və ya sorğunuzun araşdırılmasının nəticələri barədə sizə məlumat verəcəkdir.  Şirkətin sorğusu əsasında sorğunuzun araşdırılması müddəti əlavə 30 iş günü uzadıla bilər.
  4. Şirkət sorğunuzu əsaslandırılmış hesab edərsə, 14 iş günü ərzində artıq ödənilmiş məbləği geri qaytaracaqdır.
  5. Şirkət sorğunun əsassız olduğu qənaətinə gələrsə, bununla bağlı sizə yazılı şəkildə və ya öz adından xidmət nümayəndəsi vasitəsilə izahat verəcəkdir.

 Müddəaların  bölünərliyi

  1. Bu istifadə qaydalarının hər bir müddəası müstəqildir və digərlərindən fərqlidir. Bu müddəalardan hər hansı biri hər hansı qərar və ya qanuna əsasən etibarsız hesab olunar və ya qüvvədən düşərsə, həmin müddəa istifadə qaydalarının bir hissəsi hesab olunmur və istifadə qaydalarının bütün digər şərtləri tam qüvvədə qalmağa davam edir və həmin müddəanın təsirinə məruz qalmır.   

Digər şərtlər

  1. Şirkətin platformalarında əks olunan istifadə qaydalarından əlavə xidmət şərtləri bu istifadə qaydalarına əlavə olunur. İstifadə qaydaları ilə Şirkətin platformalarında əks olunan şərtlər arasında ziddiyyət olarsa, əksi müəyyən edilmədiyi təqdirdə, istifadə qaydaları üstün tutulacaqdır.
  2. Şirkətin istifadə qaydaları ilə bağlı hüququndan istifadə etməməsi bu hüquqdan imtina edilməsini nəzərdə tutmur.
  3. Şirkət istənilən zaman öz hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə və ya həvalə edə bilər.
  4. Bu mobil tətbiq və ya vebsaytdan istifadə Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Azərbaycan Respublikasında fəaliyyət göstərən səlahiyyətli məhkəmələr hər hansı məsələ üzərində müstəsna yurisdiksiyaya sahib olacaqdır.
  5. Şirkətin xidmətləri ilə bağlı sorğular aşağıdakı e-mail ünvanına elektron poçt göndərilməsi yolu ilə Şirkətin müştəri xidmətləri mərkəzinə yönləndirilməlidir: support-wingz@sakur.az. Texniki sorğular üçün tətbiq vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.

MƏSULİYYƏTDƏN AZADETMƏ HAQQINDA BƏYANNAMƏ

Yuxarıda qeyd olunan müddəalara zidd olmamaq şərti ilə, bu istifadə qaydalarına razılıq verməklə siz aşağıdakıları qəbul etmiş hesab olunursunuz:

  • Siz “SakuraZ”ın operatorlarını, sponsorlarını və fəaliyyət göstərilən bələdiyyələri Xidmətlərdən istifadə ilə bağlı yarana biləcək iddialardan tam azad edirsiniz (“Azad edilmiş şəxslər”);
  • Xidmətlərdən istifadənizlə bağlı risklər yalnız sizin üzərinizə düşür;
  • Xidmətlər, o cümlədən Nəqliyyat vasitəsilə olduğu kimi təqdim olunur və onların yaxşı vəziyyətdə və ya nöqsansız olmasına zəmanət vermirik.
  • Siz Nəqliyyat vasitəsini idarə etməyə başlamazdan əvvəl təhlükəsizlik yoxlanışını həyata keçirməlisiniz və buna səlahiyyətiniz var. Siz zədələnmiş və ya nöqsanlı Nəqliyyat vasitəsini idarə etməməlisiniz; 
  • Skuterlərin idarə olunması ilə ciddi risk və təhlükələr mövcuddur. Bu riskləri anlayır və öz üzərinizə götürürsünüz.
  • Siz başa düşürsünüz ki, elektrikli nəqliyyat vasitələrinin idarə olunması fərqli olmaqla fərqli risk və təhlükələr yarada bilər. Siz “SakuraZ” proqramında təqdim olunan elektrikli nəqliyyat vasitələri ilə bağlı riskləri öz üzərinizə götürürsünüz;
  • Siz digər şəxslərə və ya əmlaka vurulan bütün zərərlərə görə məsuliyyət daşıyırsınız;
  • Biz dəbilqədən istifadə edilməsini tövsiyə edirik, ancaq onun effektivliyinə zəmanət verə bilmərik.

Xidmətlər, skuterlər, stansiyalar, nəqliyyat vasitəsi dokları və ya müvafiq məlumatlardan yararlanmağınız qarşılığında siz (öz adınızdan, o cümlədən bütün ailə üzvləriniz, varisləriniz, vasitəçiləriniz, filiallarınız, nümayəndələriniz, davamçılarınız və səlahiyyətli şəxslərinizin adından çıxış edərək) azad edilmiş şəxsləri Xidmətlərdən istifadə ilə bağlı yarana biləcək bütün iddialardan tam və daimi olaraq azad edir, onları bu cür iddialara qarşı müdafiə edirsiniz. Bu cür azad edilmə ümumi xarakter daşımaqla Xidmətlərdən istifadə ilə bağlı bütün İddialardan azad edir.  Azad edilmiş şəxslər hər hansı iddiaya qarşı özünü müdafiə etmək üçün bu cür haldan tam yararlana və müvafiq hallarda bunu üçüncü şəxs benefisiar kimi edə bilərlər.

Yuxarıda qeyd olunan halları məhdudlaşdırmamaq şərti ilə, siz qəbul edir və razılıq verirsiniz ki, qüvvədə olan qanunla məhdudlaşdırıldığı və ya genişləndirildiyi hallar istisna olmaqla, Azad edilmiş şəxslər aşağıdakılarla bağlı hər hansı iddiaya görə məsuliyyət və ya öhdəlik daşımırlar: (a) bu istifadə qaydalarına təsvir olunan hər hansı risk və ya təhlükə, (b) xidmətlər, nəqliyyat vasitələri, stansiyalar və ya müvafiq məlumatlardan sizin tərəfinizdən istifadə edilməsi və ya edilməməsi, (c) sizin tərəfinizdən bu müqavilənin, hər hansı qanunun və ya təhlükəsizlik normalarının pozulması və ya o cümlədən müqavilədə müəyyən edilən hər hansı qadağan edilmiş aktın törədilməsi, (d) sizin tərəfinizdən və ya azad edilmiş hər hansı şəxs tərəfindən hər hansı etinasızlıq, qeyri-müvafiq hərəkət və ya digər hərəkət yaxud hərəkətsizlik, (e) Nəqliyyat vasitəsindən istifadə zamanı sizin tərəfinizdən dəbilqə və ya digər qoruyucu vasitə və ya geyimdən istifadə edilməməsi yaxud bu dəbilqə və ya digər qoruyucu vasitə və ya geyimin ölüm və ya xəsarətin qarşısını almaması, (f) hər hansı üçüncü şəxs tərəfindən hər hansı formada etinasızlıq, qeyri-müvafiq hərəkət və ya digər hərəkət yaxud hərəkətsizlik. Siz yuxarıda qeyd olunanlar, o cümlədən müqavilədə təsvir edilən hallar, qanun pozuntusu (o cümlədən etinasızlıq səbəbindən yol verilən), qanunla müəyyən edilən hallar və ya digər əsaslarla bağlı bütün iddialardan hətta Azad edilmiş şəxslərə bu cür iddiaların mümkünlüyü barədə məlumat verilsə belə, imtina edirsiniz.