Satış şərtləri

“WingZ” və “EZRaider” firmalarının Azərbaycandakı nümayəndəliyi olan, www.sakur.az vebsaytının (“vebsayt”) sahibi olan “SakuraZ” MMC-də alış-veriş etdiyiniz üçün təşəkkür edirik.   

Hazırladığımız və sizə təklif etdiyimiz möhtəşəm məhsulları satın almaqdan zövq almağınız bizim üçün dəyərlidir. Eyni zamanda, biz əmin olmaq istəyirik ki, onlayn mağazamızda yaxud “SakuraZ”ın pərakəndə satış məntəqəsində (birlikdə “SakuraZ” mağazası” adlandırılacaqdır) məhsullarımızı kəşf edən, qiymətləndirən və satın alan zaman bu prosesdən zövq alırsınız.

İstənilən alış-veriş prosesində olduğu kimi, “SakuraZ” mağazasında həyata keçirilən əməliyyatlara tətbiq olunan şərtlər mövcuddur. Unutmamalı olduğunuz əsas məqam budur ki, “SakuraZ” mağazasında sifariş verməklə və ya məhsul satın almaqla siz aşağıda  qeyd olunan “SakuraZ”ın şərtlərinə razılıq vermiş olursunuz.   

Ümumi şərtlər: 

Vebsaytımızda sifariş verməklə siz aşağıdakı şərtlərlə məhsulu satın almağı təklif etmiş olursunuz. Bütün sifarişlər müvafiq məhsulun anbarda olub-olmamasından və sifariş qiymətinin təsdiq edilib-edilməməsindən asılıdır.


Göndəriş vaxtı, müvafiq məhsulun anbarda olub-olmamasından asılı olaraq dəyişə bilər. Çatdırılma vaxtı ilə bağlı verilmiş hər hansı təminat və ya bəyanat poçt göndərişlərinin gecikməsi və ya fors-major hadisələrə səbəbindən yaranan hər hansı gecikməyə məruz qala bilər. Biz, poçt göndərişlərinin gecikməsi və ya fors-major hadisələrə görə məsuliyyət daşımırıq.

“SakuraZ” ilə əməkdaşlıq etmək üçün yaşınız 18-dən yuxarı olmalıdır. 

“SakuraZ” sizin tərəfinizdən verilən hər hansı sorğudan imtina etmək hüququna malikdir.

Sifariş verən zaman siz bizə göndərdiyiniz bütün məlumatların doğru və dəqiq olmasına, sifarişi vermək üçün istifadə etdiyiniz kredit və ya debit kartının yaxud bank hesabının sizə məxsus olmasına, məhsulla bağlı xərcləri qarşılamaq üçün kifayət qədər vəsaitin olduğuna zəmanət verirsiniz.   Beynəlxalq məhsul və xidmətlərin qiymətləri dəyişə bilər. Bu cür dəyişikliklər elan edilmiş bütün qiymətlərə şamil olunur.

Elektriklə çalışan skuterlərdən səkidə, velosiped cığırında və ya avtomobil yollarında istifadə edilməməlidir. Elektriklə çalışan skuterdən bütün ölkə və yerli qanunlara uyğun olaraq istifadə olunmasının təmin edilməsinə görə tam məsuliyyət müştərinin üzərinə düşür. Elektriklə çalışan skuter məhsulları ilə bağlı bütün öhdəliklər və risklər müştərinin üzərinə düşür. “SakuraZ Ltd” şirkəti və onun sahibləri skuter məhsullarından istifadə nəticəsində yaranan hər hansı məsuliyyətdən azaddır. 

Qiymətlər və mövcudluq

Bu vebsaytda əks olunan bütün məlumat, təsvir və qiymətlərin dəqiq olmasına çalışsaq da, səhvlər ola bilər. Əgər sifariş etdiyiniz hər hansı məhsulun qiymətində səhv aşkar edilərsə, biz sizə bu barədə tez bir zamanda məlumat verəcək və sifarişinizi düzgün qiymətlə yenidən təsdiq etmək və ya onu ləğv etmək imkanı təqdim edəcəyik. Əgər sizinlə əlaqə saxlamaq mümkün olmazsa, biz sifarişi ləğv edilmiş hesab edəcəyik. Əgər sifarişi ləğv edirsinizsə və artıq məhsul üçün ödəniş etmisinizsə, tam məbləğ sizə qaytarılacaqdır. Müvafiq hallarda qiymətlərə ƏDV daxildir. Çatdırılma xərcləri qiymətlərə daxil deyildir.  Bu cür əlavə xərclər müvafiq hallarda aydın şəkildə göstərilir və ümumi məbləğə daxil edilir.


Vebsaytda çap səhvləri və ya digər səhvlər yaxud qeyri-dəqiqliklər ola və vebsayt tam və ya aktual olmaya bilər.  Buna görə biz hər hansı səhv, qeyri-dəqiqlik və ya çatışmazlığı düzəltmək və istənilən zaman sizə öncədən bildiriş göndərmədən məlumatları dəyişmək və ya yeniləmək hüququna sahibik. Biz vebsaytda əks olunan və səhvlər və ya qeyri-dəqiqliklər, o cümlədən qiymətlər, yükdaşıma, ödəniş şərtləri və ya məhsulun geri qaytarılması ilə bağlı səhvlər və qeyri-dəqiqlikləri ehtiva edən məlumatlar əsasında verilmiş sifarişi icra etməkdən imtina etmək hüququna sahibik.

Məhsulun göndərilməsi və qəbul edilməsi

Məhsulun mağazadan götürülməsi və qaytarılması

“SakuraZ” onlayn mağazada mövcud olan əksər məhsulların mağazadan götürülməsi mümkündür. Bununla belə, mağazadan götürmə imkanı bəzi məhsullar və ödəniş qaydalarına şamil edilməyə bilər.    Yalnız özünüz və ya sizin tərəfinizdən təyin edilmiş şəxs satın alınmış məhsulları götürə bilər. Məhsulu götürən zaman dövlət tərəfindən verilən və üzərində fotoşəkil olan şəxsiyyətinizi təsdiq edən sənəd, o cümlədən sifariş nömrəsi təqdim edilməlidir.  Sifarişiniz hazır olduqda “SakuraZ” sizə məlumat verəcək və məhsulları nə zaman götürməli olduğunuzu bildirəcəkdir.  Biz sizə həmçinin unutmamağınız üçün bir və ya iki dəfə xatırlatma mesajı göndərəcəyik. Sifariş tamamlandıqdan sonra məhsulunuzu 21 təqvim günü ərzində götürməsəniz, “SakuraZ” onu ləğv edə bilər.   

Məhsulu götürəcək şəxs

Əgər məhsulu mağazadan götürməyi seçsəniz, bunun üçün üçüncü şəxsi təyin edə bilərsiniz. Siz həmin şəxsin adını və e-mail ünvanını bildirməlisiniz. Nəzərinizə çatdırırıq ki, üçüncü şəxs tərəfindən məhsulun mağazadan götürülməsi imkanı bəzi məhsullara və ödəniş qaydalarına şamil edilmir. Üçüncü şəxs məhsulu götürmək üçün özü ilə dövlət tərəfindən verilən və üzərində fotoşəkil olan şəxsiyyət vəsiqəsini, o cümlədən sifariş nömrəsini gətirməlidir. “SakuraZ” məhsullarınız götürüldükdən sonra üçüncü şəxs tərəfindən edilən hərəkətlərə görə məsuliyyət daşımır. 

Yalnız istehlakçılar üçün

“SakuraZ” mağazasında yalnız son istifadəçilər üçün məhsulların satışı və daşınması həyata keçirilir. Biz məhsulları təkrar satış üçün satın aldığınızdan şübhələndiyimiz halda sifarişi icra etməkdən imtina etmək və ya sifarişi ləğv etmək hüququna sahibik.  

Məhsulların anbarda mövcudluğu və məhdudiyyətlər

Bəzi məhsullarımızın populyarlığını və/və ya təchizatı ilə bağlı əngəlləri nəzərə alaraq, “SakuraZ” satın alına bilən məhsulların sayını məhdudlaşdırmaq məcburiyyətində ola bilər. Bizə etibar edə bilərsiniz, çünki biz bu məhsulları bacardığımız qədər tez hazırlayırıq. “SakuraZ” istənilən zaman, hətta siz sifariş verdikdən sonra satış üçün olan məhsulların sayın dəyişiklik etmək hüququna sahibdir. Bundan əlavə, bəzi hallarda “SakuraZ” sifarişinizi təsdiq etsə də, sonradan sifariş edilmiş məhsulun göndərilə bilməyəcəyini öyrənə bilər. Sifariş etdiyiniz məhsulu göndərmək mümkün olmadıqda “SakuraZ” sifarişi ləğv edəcək və sizə tam məbləği qaytaracaqdır. 

Göndərilmə və çatdırılma  

Sifarişin növündən asılı olaraq, məhsulun göndərilməsi üçün müxtəlif variantlar mümkündür. Sifariş etdiyiniz məhsullara müxtəlif göndərilmə üsulları şamil edilə bilər.

Bizim obyektlərimizi tərk etdikdən sonra “SakuraZ”ın nəzarəti altında olmayan bir çox hadisə sifarişinizin çatdırılmasına təsir göstərə biləcəyi üçün “SakuraZ” çatdırılmanın gecikdirilməsinə görə məsuliyyət daşıya bilməz. Bununla belə, biz çatdırılma prosesini sürətləndirmək üçün sizinlə əməkdaşlıq edəcəyik. 

“SakuraZ” mağazadan satın aldığınız məhsulların göndərilməsini təmin etmək üçün əlindən gələni etdiyinə görə məhsulların itməsi və ya zədələnməsi riski sizin və ya təyin etdiyiniz şəxs tərəfindən məhsulların götürülməsi anından etibarən sizin öhdəliyinizə keçir.  

“SakuraZ” sifarişlərinizin vaxtında çatdırılmasını təmin etmək üçün ən yaxşı yükdaşıma şirkətləri ilə əməkdaşlıq edir. Nəzərinizə çatdırırıq ki, biz poçt ünvanına çatdırılmanı həyata keçirmirik.

Çatdırılma müddəti

Çatdırılma müddəti, adətən 3 iş günü təşkil edir, ancaq poçt göndərişlərinin gecikməsi və ya fors major hadisələri (aşağıda müəyyən edilib) səbəbindən dəyişə bilər. Biz poçt göndərişlərinin gecikməsi və fors-major hadisələrə görə məsuliyyət daşımırıq. 

Fors-major hadisə

 “Fors-major hadisə” dedikdə aşağıdakı hərəkət, hadisə və ya hal yaxud hərəkət, hadisə və ya halların hər hansı kombinasiyası nəzərdə tutulur:

(a)”SakuraZ”ın nəzarəti altında olmayan;

(b)”SakuraZ”ın təqsiri və ya etinasızlığı səbəbindən baş verməyən;

(c)müvafiq tədbirlərin görülməsi və qəbul edilmiş sənaye normalarına əməl edilməsi yolu ilə “SakuraZ” tərəfindən qarşısı alına və ya aradan qaldırıla (o cümlədən proqnozlaşdırıla) bilməyən;  

(d)”SakuraZ”ın fəaliyyətinə ciddi və mənfi təsir göstərən və ya mane olan. O cümlədən aşağıdakı hərəkət, hadisə və ya hallar:

(i)təbii fəlakətlər, o cümlədən yanğın, zəlzələ, vulkan püskürəsi, torpaq sürüşməsi, daşqın, qasırğa, ildırım, siklon, fırtına, tufan və s.;

(ii)pandemiya, müharibə, hərbi əməliyyatlar, müharibə vəziyyəti, blokada, terror aktları, təxribat, mülki çaxnaşma və iğtişaşlar, qiyam, üsyan və ya inqilab;

(iii)”SakuraZ”ın əməkdaşlarının iştirak etmədiyi tətillər və ya əmək mübahisələri;

(iv) “SakuraZ”ın fəaliyyətinə təsir göstərən qanun və normativ-hüquqi aktlarda dəyişikliklər.

Yükdaşıma xərcləri

Yükdaşıma xərcləri sifarişin rəsmiləşdirilməsi səhifəsində hesablanır və əks olunur. “SakuraZ” mağazasından kuryer vasitəsilə çatdırılmaya bəxşişlər daxil deyil.

Çatdırılma xərclərini sifarişin rəsmiləşdirilməsi səhifəsindən, sifarişin təsdiq edilməsi barədə e-maildən və onlayn qaydada sifarişə baxış keçirən zaman öyrənə bilərsiniz. 

Növbəti mərhələ nədir?

Sifariş verildikdən sonra biz sizə e-mail vasitəsilə sifarişinizlə bağlı məlumatları göndərəcəyik. Sizə göndərilən e-mail məhsulların çatdırılması və ya mağazadan götürmə xidmətini seçməyinizdən asılıdır. Əgər sifarişinizdə bir neçə məhsul varsa, sizə hər məhsul üçün əlavə e-maillər göndərilə bilər.

Sifarişin təsdiqlənməsi

Sifarişin təsdiqlənməsi barədə e-maildə sifarişə daxil olan məhsulların icmalı verilir. Əgər məhsulların çatdırılmasını seçmisinizsə, sifarişin təsdiqlənməsi zamanı çatdırılma ünvanı və tarixi əks olunacaqdır. Sifarişlə bağlı məlumatlara baxış keçirmək üçün tarixin üzərində mausun sol düyməsini basa bilərsiniz. Sifariş etdiyiniz məhsulları mağazadan şəxsən götürmək istəyirsinizsə, e-maildə seçdiyiniz “SakuraZ” mağazasının ünvanı göstəriləcəkdir. Əgər sizin əvəzinizə məhsulu mağazadan götürməsi üçün başqa şəxsi təyin etmisinizsə, e-maildə həmin şəxsin adı əks olunacaqdır.

Sifarişin göndərilməsi barədə bildiriş

Əgər məhsulun çatdırılmasını seçmisinizsə, biz məhsul anbarımızı tərk etdikdən sonra sizə e-mail vasitəsilə məhsulun göndərilməsi barədə bildiriş göndərə bilərik. Bu e-maildə daşıyıcı şirkətin adı, izləmə nömrəsi və çatdırılma tarixi əks olunacaqdır. İzləmə nömrəsi təqdim edilibsə, həmin izləmə nömrəsinə daxil olaraq “SakuraZ”ın onlayn sifariş statusundan istifadə etməklə və ya izləmə nömrəsini daşıyıcı şirkətin vebsaytına daxil etməklə qablaşdırmanızı izləyə bilərsiniz.  

Əgər “SakuraZ”ın elektron hədiyyə kartını satın alsanız, bizə sizə hədiyyə kartının göndərilməsi zamanı e-mail vasitəsilə bildiriş göndərəcəyik.

Məhsulun götürülməsi barədə bildiriş

Məhsullar “SakuraZ” mağazasında olduqda biz sizə e-mail və ya təyin etdiyiniz şəxsə telefon vasitəsilə məhsulun götürülməsi barədə bildiriş göndərəcəyik. Mağazaya gəlmədən öncə bu bildirişin gəlməyini gözləməyiniz xahiş olunur.

Məhsulun götürülməsi barədə xatırlatma

Əgər hələ də məhsul götürülməyibsə, biz sizə məhsulunuz üçün xatırlatma e-maili göndərəcəyik. 

Mətn bildirişləri

Biz sizi çatdırılma və ya məhsulun götürülməsi barədə mütəmadi olaraq məlumatlandırmaq üçün sizə mətn mesajı göndərə bilərik.

Məni nələr gözləyir?

Sifarişiniz göndərildikdə və ya mağazadan götürmək üçün hazır olduqda biz sizə mətn mesajı göndərəcəyik. Bu mesaja sifariş nömrəsi və məhsulun izlənməsi linki və ya məhsulu götürə biləcəyiniz mağaza ilə bağlı məlumatlara daxil ediləcəkdir. Biz sizə həmçinin çatdırılma günündə və ya məhsulunuz çatdırıldıqdan sonra mətn mesajları göndərəcəyik. Sizə sifarişə daxil olan hər məhsula görə bir neçə mətn mesajı göndərilə bilər.

Yalnız Azərbaycana göndərilir

“SakuraZ”dan onlayn qaydada satın alınmış məhsullar yalnız Azərbaycan daxilində ünvanlara göndəriləcəkdir.

Məhsulun geri qaytarılması şərtləri

Bununla belə, biz başa düşürük ki, bəzi hallarda məhsul gözlədiyiniz kimi olmaya bilər. Baş vermə ehtimalı az olan bu cür hal zamanı məhsul qaytarılması şərtlərinə nəzər salmağınızı tövsiyə edirik.

Zədələnməyən və istifadə olunmayan hər hansı məhsulu sadəcə olaraq müvafiq aksesuarlar, qablaşdırma və orijinal qəbzlə (və ya hədiyyə qəbzi) birlikdə məhsulu qəbul etdiyiniz tarixdən 14 gün ərzində qaytarmalısınız. Bu zaman məhsul yenisi ilə əvəz olunacaq və ya ilkin ödəniş üsulu əsasında tam məbləğ geri qaytarılacaqdır.  

Qiymətlər Azərbaycan manatı (AZN) ilə verilib. Bundan əlavə, bank və ya kredit kartını sizə vermiş müəssisə sizdən xarici konversiya ilə bağlı xərc və xidmət haqlarını tuta bilər. Bu cür xərclər və ya xidmət haqları sifarişinizin ümumi dəyərini də artıra bilər. Bu cür ödənişlərlə əlaqədar bank və ya kredit kartını vermiş müəssisə ilə əlaqə saxlamağınızı xahiş edirik.  Məhsulun qaytarılması, dəyişdirilməsi, qiymət müqayisəsi və zəmanətin bərpası xidmətləri üçün ilkin qəbzin təqdim edilməsi tələb olunur. 

Nəzərinizə çatdırırıq ki, kredit kartına hər hansı məbləğin qaytarılması zamanı sifariş verərkən istifadə olunmuş kredit kartından istifadə olunmalıdır. Sifariş zamanı istifadə edilmiş kredit kartından istifadə etmək mümkün olmazsa, məbləğ hədiyyə kartına qaytarıla bilər. 

Yekun satış və qaytarılması mümkün olmayan məhsullar

“Yekun satış” etiketi vurulmuş bütün məhsullar qaytarıla bilməz. Qaytarılması mümkün olmayan məhsulların tam siyahısına həmçinin Nazirlər Kabinetinin 31 may 1998-ci il tarixli 114 nömrəli Qətnaməsində sadalanan məhsullar daxildir.  

Yeni kimi vəziyyətdə

Məhsullar “SakuraZ” mağazasında yalnız yeni kimi vəziyyətdə qaytarılmalıdır. Zədələnmiş, gigiyenik olmayan, əzilmiş, cızılmış və ya əsas tərkib hissələri itən məhsullar qaytarıla bilməz. Geyim əşyaları geyinilməmiş və ya yuyulmamış vəziyyətdə və orijinal etiketləri üzərində olmaqla qaytarıla bilər.

Bəzi istisnalar olmaqla, biz sizə qaytarılan məhsullara görə geri ödənişi sizin ödəniş etdiyiniz şəkildə edəcəyik. Seçiminizdən asılı olaraq, həmin məhsulun əvəzinə başqasını ala bilərsiniz. 

“SakuraZ” yuxarıda göstərilən hallarda ehtiyatın yenidən doldurulmasına görə ödəniş tələb etmək hüququna sahibdir. Məhsul qaytarıldıqda və məhsulun qəbul edildiyi vəziyyət əsasında ondan düzgün istifadə olunmadığı, zədələndiyi və ya etinasız yanaşıldığı müəyyən edildikdə ehtiyatın yenidən doldurulmasına görə ödəniş müəyyən ediləcəkdir. Ümid edirik ki, bu cür əlavə xərclər heç vaxt tələb olunmayacaqdır.

Xüsusi məqamlar

Zədələnmiş, nöqsanı və ya düzgün olmayan məhsullar

Əgər sizə zədələnmiş, nöqsanlı və ya sifariş etdiyiniz məhsulla eyni olmayan məhsul göndərilərsə, qaytarma və dəyişdirmə müddəti ərzində “SakuraZ” mağazasına qaytarmağınızı xahiş edirik. Biz onun başqası ilə əvəz edilməsini təmin edəcəyik. Əgər müvafiq müddət ərzində məhsulu poçt vasitəsilə qaytarmaq qərarına gələrsinizsə, xüsusi göstərişlər üçün +994512011825 nömrəsinə zəng etməyinizi xahiş edirik.

Qəbz olmadan qaytarılan məhsullar

Qəbz olmadan qaytarılan məhsullara görə e-mail ünvanı tələb oluna, məhsulun qəbul edilməsindən imtina edilə və ya bu proses mədudlaşdırıla bilər. Bu zaman bütün müvafiq vergi və ödənişlər qaytarılmayacaqdır.

Məhsulun aksesuarları və qablaşdırması

Məhsulları bütün aksesuarlarla və qablaşdırması ilə birlikdə qaytarmağınızı xahiş edirik. Əgər bu mümkün olmazsa, biz məhsulun qaytarılmasından imtina edə və ya çatışmayan hissələrə görə ödənilməyən məbləği tutmaq şərtilə, məhsulun qaytarılmasını təmin edə bilərik.

Topdan satışa görə endirim və ödənişsiz məhsullar

Bir neçə məhsulun birlikdə satın alınmasına görə sizə endirim və ya ödənişsiz məhsul təqdim olunubsa, satın alınmış bütün məhsulları qaytarmadığınız təqdirdə, bu imkanı itirəcəksiniz. Hər hansı şübhəni aradan qaldırmaq üçün birlikdə alınmış bütün məhsullar müvafiq vəziyyətdə qaytarıldığı təqdirdə, hər hansı geri ödəniş ediləcəkdir. Bütün məhsullar qaytarılmadığı təqdirdə, yalnız xüsusi məhsul həmin məhsulun vəziyyətindən asılı olaraq, dəyişdirilə bilər.