FAQ-az

How it Works\Necə işləyir

Yaxınlıqda olan WingZ-i necə tapa bilərəm?

Yaxınlıqda olan WingZ-i tapmaq üçün sadəcə WingZ tətbiqini yükləyin.

Siz avtomatik olaraq yaxın ərazidə bütün boş skuterlərin göstərildiyi xəritəni görəcəksiniz.

 Əgər siz hər hansı skuter işarəsi görmürsünüzsə xəritəni kiçildib baxın.

WingZ icarəsini necə aça bilərəm?

WingZ skuterini kiliddən çıxarmaq üçün WingZ tətbiqini açın və ekranın aşağı hissəsindəki

Sürüş düyməsinə basın. Sonra, telefonunuzun kamerasını istifadə edərək QR kodunu skan edin

və ya QR kodun altındaki 6 rəqəmli kodu daxil edin.

WingZ-i sürmək üçün xüsusi sənəd lazımdır mı?

Xüsusi sənəd lazım deyil. Lakin bəzi dövlətlərdə elektrikli skuterləri idarə etmək üçün sürücülük

vəsiqəsi tələb olunur.

Kuponlar və Promolar

Kuponları necə qazanmaq olar?

Siz WingZ ballarını WingZ-ə yeni gələn dostlarınızı uğurlu şəkildə dəvət edərək qazana bilərsiniz.

Siz bunu öz dəvət kodunuzu WingZ tətbiqindəki ”Pulsuz ballar qazan” düyməsi ilə edə bilərsiniz.

WingZ-in bal miqdarı dəyişə bilər.

Promo kodları necə əlavə etməli?

Keçərli promo kodu hesabınıza əlavə etmək üçün tətbiqin sağ yuxarı tərəfində Promo bölməsinə daxil olun. Sonra Promo göstər tıklayın və promo kodunuzu daxil edin. Əlavə edilən kimi o sizin gələn sürüşünüzə tətbiq ediləcək. Lütfən nəzərə alın ki, hər sürüşə yalnız bir promo kod əlavə oluna bilər və istifadə tarixinə az qalmış promo kod birinci istifadə olunacaq.

Mənim promo kodum işləmədi

Promo kodlar haqqında bilməli olduğunuz önəmli şeylər.

Siz öz promolarınızın xassələrini tətbiqin “Cüzdan” bölməsində görə bilərsiniz.

Əgər siz ən sonuncu sürüşünüzə promonun tətbiqindən əmin deyilsinizsə Promo çekinizi yoxlayın.

Siz öz promo kodunuzu onun istifadə tarixi bitməmiş Cüzdanınıza əlavə etməlisiniz.

Promo kodların istifadə müddəti var.

Bəzi promo kodlar xüsusi yerlərdə tətbiq oluna bilər.

Bəzi promokodlar yalnız ilk sürüşə aid edilə bilər.

Bəzi promo kodlar yalnız bir dəfə bir nəfərə aid ola bilər.

Bəzi promokodlar yalnız ilk dəfə sürüş edən istifadəçilərə aiddir.

Bəzi promo kodlar yalnız bir nəfərə aid olur və onu başqası istifadə edə bilməz.

Əgər yuxarıdaki listə əsasən sizin promo kodunuz əlavə edilməyibsə lütfən bizə sorğu göndərin və

Biz sizin ödənişinizi nəzərdən keçirək.

Batareya

Batareya su keçirməzdirmi?

Batareya su səpilməsinə qarşı qorunub, qar və yağışa qarşı davamlıdır.

WingZ necə şarj olunur?

Bizim WingZ elektrikli skuterlərimiz uzaqdan öz heyətimiz tərəfindən müşahidə olunur. Skuterin

gücü azaldıqda heyətimiz onun batareyasını dəyişir.

Tək şarj ilə WingZ nə qədər uzağa gedə bilər?

İstifadədən asılı olaraq WingZ-in maksimal məsafəsi 40km-dir.

Təhlükəsizlik

WingZ-i sürməzdən əvvəl bilməli olduğum sürət tənzimləmələri varmı?

Bir çox şəhərlərdə sürət limiti 17-20 km/saat olaraq dəyişir. WingZ-in sürəti 25km-dən aşağıdır.

Dəbilqə qaydaları

Dəbilqə və elektrikli skuter köməkçi vasitələri qaydaları şəhərlərdə müxtəlifdir. Lütfən bu haqda şürüş etdiyiniz şəhərin nəqliyyat üzrə departamentindən məlumat alın.

Ödəniş

Necə Ödəniş etməliyəm?

WingZ tətbiqindəki cüzdana öz bank kartınızı əlavə etməlisiniz.

WingZ ilə şürüş etmək üçün əvvəlcə ödəniş üsulunu qurmalısınız.

  1. Solda Menyu işarəsinə basın.
  2. Cüzdanı seçin.
  3. Növbəti səhifədə əlavə etmək istədiyiniz ödəniş növünü seçin.
  4. Ödəniş məlumatlarınızı girin və təsdiq edin.
  5. Son olaraq tətbiq sizin yeni ödəniş üsulunuzu göstərəcək.

Ödəniş üsulunuzun növbəti sürüşlər üçün nəzərdə tutulan olduğundan əmin olmaq üçün ödəniş üsulunu yoxla vasitəsilə yoxlayın. Sizə lazım olan üsulun önündə yaşıl işarə olacaq. Ödəniş üsulunuzu digərinin üzərinə tıklayaraq dəyişə bilərsiniz. Siz öz səyahətinizi bitirdikdən sonra ödəniş avtomatik olaraq kartınızdan çıxılacaq.

Mən səyahətə başlayan kimi məndən 5 azn çıxıldı. Niyə? Əgər mən daha az sürüş etmişəmsə qalıq mənə qaytarılacaq mı?

Saxtakarlığın qarşısını almaq üçün ödəmə nəzarəti mexanizmindən istifadə edirik. Xidmətin aktivasiyası zamanı qeydiyyata alınmış kartdan aktivasiya məbləğini və dəqiqə hesabını nəzərə alan 5 azn depozit götürülür. Depozitin gediş müddətinin təmin etdiyi vaxtın bitməsi zamanı sistem növbəti 5 azn dəyərində depozit götürməyə cəhd edəcək. Əgər sonucu depozitin müddətində olan gediş depozitin məbləğindən az olarsa, depozitin qalıq hissəsi icarədarın kartına 3 iş günü müddətində geri qaytarılır. (Nümunə, Əgər icarədar götürülmüş 5 azn depozitdən 3 azn dəyərində gediş edibsə, qalıq 2 azn 3 iş günü müddətində icarədarın kartına geri qaytarılır.)

Balansımda yetərli pul yoxdursa

Balansınız mənfiyə gedəcək və biz sizin WingZ proqramında hər daxil olduqda və ya həftədə bir neçə dəfə kartınızdan ödəniş etməniz üçün cəhd edəcəyik.